Beynəlxalq məhkəmənin qərarı: “Rusiya təzminat ödəməlidir”

25.08.2015 - 12:27

putin2Beynəlxalq Daimi Təhkim Məhkəməsi Rusiyanı Hollandiyaya təzminat ödəməyə məhkum edib.

Strateq.az-ın bildirdiyinə görə, məhkəmə bu qərarı Rusiyanın Hollandiyaya aid  “Arctic Sunrise” gəmisini müsadirə etdiyi üçün verib. Hakimlərin fikrincə, Rusiya bu addımı atarkən beynəlxalq hüquq normalarını pozub. Ödənəcək təzminatın miqdarı isə hələ müəyyənləşdirlməyib. Qərardan məmnun olduğunu bildirən Hollandiyanın Xarici İşlər naziri Bert Koenders hökmün məcburi xarakter daşıdığını deyib.

Xatırladaq ki, 2013-cü ildə Rusiya sahil təhlükəsizlik qüvvələri Şimal dənizində etiraz aksiyası keçirən 30-a qədər “Greenpeace” üzvünü gəmiləriylə bərabər həbs etmişdi. Həbsə məruz qalan etirazçılar 18 ölkənin vətəndaşları idi və onlar Rusiyanın Şimal dənizində neft çıxarmaq istəyinə qarşı çıxırdılar. Beynəlxalq hakimlər etirazçıların protest haqqının qanunlara zidd olmadığı görüşündədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30335

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930