Azərbaycanlı iş adamının qətlinə görə erməni generalın mühafizəçisi saxlanıldı

25.08.2015 - 13:16

polisUkraynanın Xerson vilayətində azərbaycanlı iş adamı Vüqar Nuruşuvun qtəli ilə bağlı cinayət işi çərçivəsində bir nəfər saxlanılıb.

V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya bildirib ki, saxlanılan şəxs milliyyətcə erməni, ehtiyatda olan milis generalı, iş adamı Luqasyanın mühafizəçisi, Ukrayna vətəndaşı, 22 yaşlı Rostislav Brinskidir. Xerson polisi tərəfindən saxlanılan R. Brinski ilkin ifadəsində V. Nuruşovu öldürdüyünü etiraf etsə də, cinayətin digər iştirakçılarının və sifarişçinin kimliyini hələ ki etiraf etməyib. İstintaq davam edir.

Qeyd edək ki, əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu Xersonda qətlə yetirilib. Eyni şəhərdə daha bir azərbaycanlı – İlham Tağıyev də öldürülüb. V. Nuruşovun qardaşı İlqar Nuruşov qardaşının şəhərdəki bazarın erməni sahibi, milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30362

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728