ABŞ yenə Türkiyəni yalanladı: – «İŞİD-ə qarşı əməliyyat razılaşdırılmayıb»

25.08.2015 - 13:36

ernestTürkiyə xariсi işlər naziri Mövlud Çavuşoğlu dünən açıqlama vermişdi ki, İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyata başlayırlar və ötən bazar günü əməliyyatla bağlı son detallar ABŞ-la razılaşdırılıb. Ağ Evin sözçüsü Coş Ernest isə bu gün jurnalistlərə açıqlamasında xəbəri təkzib edib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, sozçü hələ ki hərbi əməliyyatlarla bağlı razılığa gəlinmədiyini və təmasların davam etdirildiyini bildirib.

Xatırladaq ki, ABŞ bir müddət əvvəl Türkiyə tərəfinin «Suriyada azad zonanın yaradılması ilə bağlı ABŞ-la razılığa gəlmişik» açıqlamasını da yalanlamışdı. Və bu istiqamətdə müzakirələrin davam etdiyini deməklə kifayətlənmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30371

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930