Nazirin 1-ci müavininin maşını gülləbaran edildi
Kiyevdə Ukraynanın təhsil və elm nazirinin müavini İnna Sovsunun avtomobili naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təhsil naziri Sergey Kvit məlumat verib. Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.
“Ukrayna Təhsil və Elm Nazirliyinin qarşısında mənim birinci müavinim İnna Sovsunun avtomobili atəşə tutulub. Xəsarət alan olmayıb”, – deyə Kvit Facebookda yaydığı məlumatda bildirib.
Nazir insidentin təfərrüatları barədə məlumatsız olduğunu da qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=30395