İŞİD əmiri Ərdoğanın qızına elçi düşdü
“İslam dövləti”nə biət edən “Laz İslam” əmirliyinin lideri Ərdoğanın qızına evlilik təklif edib. Axar.az-ın məlumatına görə, bu barədə CHP-nin İstanbuldan olan millət vəkili Mahmud Tanal bildirib.
Millət vəkili qeyd edib ki, təşkilat liderinin adından yayılan açıqlamada Süməyya Ərdoğana evlilik təklifi radikal təriqətin AKP-yə yaxınlığını göstərir. Onun sözlərinə görə, “Laz İslam” əmirliyi İŞİD-lə təmas qurmaqdan çəkinməyəcəklərini bəyan edib və eyni zamanda lazların kompakt yaşadığı Gürcüstanın Acariya ərazisində silahlı mübarizəyə başlayacaqlarını da istisna etməyiblər.
Bu silahlı qruplaşma Osmanlı imperiyasına simpatiyasını gizlətmir. CHP-çi millət vəkili hesab edir ki, onların fəaliyyət imkan genişlənərsə, Türkiyənin Qaradəniz bölgəsində təşkilatlana, bu regiondakı lazları çətiri altına toplaya bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=30546