Telman İsmayılovun 213 milyonluq sərvəti ilə bağlı qərar açıqlandı

27.08.2015 - 11:22

telmanMəhkəmə məlumat yaydı.

Moskvanın arbitraj məhkəməsi VTB qrupuna daxil olan Moskva Bankının iddiası ilə Azərbaycan əsilli milyarder Telman İsmayılovun AST qrupuna daxil olan “KBF AST” MMC-nin 213 milyon dollar dəyərində aktivlərini həbs etməkdən imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat məhkəmənin saytına yerləşdirilib.

İyulun sonunda Moskva Bankı AST qrupundan 13 mlrd. 380 mln. rubl (213 mln. dollar) məbləğində vəsaitin alınması iddiası ilə məhkəməyə üz tutub.

Avqustun 6-da Moskvanın arbitraj məhkəməsi bu iddia üzrə işi avqustun sonunadək dondurub.

“Kommersant”ın yaydığı məlumata görə, Moskva Bankı və İsmayılovlar ailəsi yaranmış borcun AST-nin Rusiya paytaxtındakı daşınmaz əmlakının satılması ilə ödənilməsi məsələsini həll etməyə çalışsalar da, sövdələşmə pozulub və bank məhkəməyə müraciət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=30587

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728