Bin Ladeni və Əfqanıstan prezidentini öldürənlər – FOTOLAR

31.08.2015 - 00:45

rrDünya ordularının gücünü bir çox hallarda mobil qruplar şəklində olan xüsusi təyinatlı qüvvələr müəyyən edir. Xüsüsi təyinatlı qüvvələrin peşəkarlığı istər müharibələrdə, istərsə də xüsusi əməliyyatlarda böyük əhəmiyyət kəsb edir.

GIGN – Fransa

Fransa Milli Jandarma Birliyi 1972-ci il Münhen Olimpiya Oyunlarında baş verən hadisələrdən sonra ortaya çıxıb. Təxminən 400 üzvü olan GIGN dünyanın müxtəlif bölgələrində anti-terror əməliyyatlarında iştirak edir.

SSG – Pakistan

İngiltərənin SAS və ABŞ-ın xüsusi təyinatlı qüvvələrindən nümunə alan SSG 1956-cı ildə qurulub. Neçə üzvünün olması sirr kimi saxlanır. Amma 10 taburdan ibarət olduğu təxmin edilir. Bu isə təxminən 8-9 min xüsusi təyinatlı deməkdir.

EKO-Cobra – Avstriya

1972-ci il Münhen Olimpiya Oyunlarında israilli idmançıların girov götürülməsindən sonra qurulub. 450 nəfərlik qüvvə döyüş, snayper, taktika, psixoloji və fiziki təlimlərdən keçirilir.

Delta Force – ABŞ

Terrorla mübarizə sahəsində ixtisaslaşan Delta Force qrupu 1977-ci ildə qurulub. Birləşmiş Ştatların iki əsas anti-terror qrupundan biridir. Bu çox gizli vəzifələrlə yanaşı, girovları azad etmək və düşməninin gizli güclərini məhv etmək kimi vəzifələri var.

JTF2 – Kanada

1993-ci ildə bir neçə yüz nəfərlə qurulan qrup 2001-ci il 11 sentyabr hücumlarından sonra genişləndirilib. İraqda girovların azad edilməsi və Bosniyada serb snayperlərin məhv edilməsi kimi bir çox əməliyyata qatılıb.

“Bordo Berelilər” – Türkiyə

“Bordo Berelilər” dünyanın ən güclü xüsusi təyinatlı qüvvələrindən hesab olunur.  1992-ci ildə qurulub. “Bordo berelilər” birbaşa olaraq Baş qərargah başçılığına tabedir.

“Alfa” qrup – Rusiya

SSRİ dövründə qurulan “Alfa” sülh və müharibə dövründə kəşfiyyat və xüsusi əməliyyatları həyata keçirir. Qrup 1979-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əmri ilə Əfqanıstan prezidenti Hafizullah Aminə qarşı müvəffəqiyyətli sui-qəsd təşkil edib. 1978-ci ildə İngiltərəyə qaçan agent Vladimir Rezuna görə, “Alfa”nın 1970-1980-ci illərdə 20 briqadası və 30 minə qədər üzvü var idi.

“Shayetet 13” – İsrail

İsrail Dəniz Qüvvələrinin xüsusi əməliyyat gücüdür. 1948-ci ildə qurulub. “Shayetet 13”ün əməliyyatları çox gizli saxlanılır. Amma 1967-73-ci illərdəki İsrail-ərəb müharibələrində ölkəsi üçün əhəmiyyətli əməliyyatlarda iştirak edib.

Navy SEAL – ABŞ

Navy SEAL-ın 2700-ə yaxın üzvü olduğu təxmin edilir. Qrup dünyada ən çətin olan təlimlərdən keçir. Qrupa qatılanların 90 faizi təlimləri başa çatdıra bilmir. Navy SEAL “Əl-Qaidə” lideri Üsamə bin Ladenin öldürüldüyü əməliyyatı həyata keçirib.

SAS – Böyük Britaniya

1941-ci ildə qurulan Special Air Service (SAS) İkinci Dünya Müharibəsi, İndoneziya-Malayziya qarşıdurması, Şimali İrlandiya problemi. Falkland, İraq və Əfqanıstan müharibələrində iştirak edib. SAS-ın tərkibində snayper qrupu var  və bu qrup gizli hücumları ilə məşhurdur. (publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=30803

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728