Erməni nazirdən etiraf: Əhali sürətlə azalır

31.08.2015 - 13:08
iravan1990-cı ildə Ermənistanda 80 022 nəfər dünyaya gəlmişdisə, 2014-cü ildə bu göstərici təxminən iki dəfə azalaraq 43 061 nəfər olub. 
 
2001-ci ildə isə il ərzində saya görə ən az körpə (33422 nəfər) doğulub.
AzVision.az `News.am`a istinadən xəbər verir ki, bu barədə Ermənistanda Amerika Universitetində çıxışı zamanı bu ölkənin səhiyyə naziri Armen Muradyan bildirib.
Nazir qeyd edib ki, doğum səviyyəsinin aşağı düşməsi ilə yanaşı Ermənistanda ölüm göstəricisi sürətlə artır. Əgər 1999-cu ildə 21 993 ölüm faktı qeydə alınmışdısa, 2014-cü ildə bu göstərici 27714 olub.
Dünya statistikasına əsasən, ölkə əhalisinin 7 faizindən çoxu 65 yaşdan yuxarı olan ölkələr qocalan ölkələr hesab olunur. Ermənistanda isə bu göstərici 11 faizdir.
Erməni nazirin sözlərinə görə, bu problemi doğum göstəricisini artırmaqla həll etmək lazımdır: “Bu problemi həll etmək üçün hər ailə ən azı 3 uşaq olmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=30897

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728