Avropa İttifaqı fövqəladə iclas çağırır

31.08.2015 - 13:17

bohranAvropa İttifaqı (Aİ) miqrasiya böhranını həll etmək üçün fövqəladə iclas çağırıb.

Aİ prezidenti deyib ki, sentyabrın 14-də 28 üzv ölkənin daxili işlər nazirləri fövqəladə toplantı keçirməlidir, çünki böhran görünməmiş miqyas alıb.

Ötən həftə yüzlərlə insan Aralıq dənizində, daha 71-i isə Avstriya sahillərində ölüb.

Ötən ay Aİ sərhəddində gözləyən miqrantların sayı 107.500 nəfər olub.

BMT bildirib ki, rəqəmin artmasının əsas səbəbi Suriyada münaqişənin davam etməsidir.

Lakin Yunanıstan, İtaliya və Macarıstanın sərhəd xidməti təkcə Suriyadan deyil, Orta Şərq və Afrikadan gələn miqrantlarla da mübarizə aparır.

Gələn ay keçiriləcək görüş hazırda Aİ prezidentliyini edən Lüksemburqda baş tutacaq.

“Aİ-nin xaricində və daxilində miqrasiya hadisəsinin vəziyyəti görünməmiş miqyas alıb” – bəyanatda deyilir.

“İyulda Aİ sərhəddinə çatan miqrantların sayı ilk dəfə olaraq 100 mini keçib. Bu rəqəm isə ötən ilin iyulundan 3 dəfə çoxdur” – “Frontex” agentliyi bildirib. (virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=30900

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728