Erməni nazirlər iş yerlərinə buraxılmayacaq – ÜSYAN

03.09.2015 - 00:57

Sentyabrın 4-də İrəvanda etirazçılar Hökümət evinə girişi bağlayaraq nazirlər kabinetinin əməkdaşlarını iş yerlərinə buraxmamaq niyyətindədirlər. rrAPA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Ayağa qalx, Ermənistan” vətəndaş təşəbbüsünün rəhbərlərindən biri Andreas Qukasyan bildirib.

“Hesab edirik ki, artıq bu hakimiyyətin vaxtı keçib. Sentyabrın 4-də keçirəcəyimiz aksiyalar elektrik enerjisinin bahalaşmasına etiraz edənlər və ölkədə konstitusiya islahatlarına qarşı çıxanları birləşdirə bilər. Biz Ermənistanda növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edəcəyik”, deyə A. Qukasyan bildirib.

Qeyd edək ki, sentyabrın 1-də İrəvanın mərkəzindəki Baqramyan meydanında “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31060

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930