Hakan Şükür: “Ərdoğan qatildir!”

03.09.2015 - 10:28

hakanHakan Şükür Türkiyə prezidentinin Aralıq dənizində boğulan suriyalılara görə məsuliyyət daşıdığını deyib. Türkiyə millisinin və “Qalatasaray” komandasının keçmiuş oyunçusu Hakan Şükür növbəti dəfə sosial şəbəkədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana söz atıb. ANS PRESS-in məlumatına görə, Şükür son günlər Aralıq dənizində Suriya qaçqınlarının boğulması zamanı baş vermiş uşaq ölümlərinə görə, Ərdoğanı ittiham edib.

Dənizdə boğularaq ölmüş azyaşlı uşağın şəklini twitter səhifəsində paylaşan Şükür buna görə Ərdoğanın məsuliyyət daşıdığını qeyd edib.

“Sentyabr 2012 Rəcəb Tayyib Ərdoğan: “Şamda cümə namazı qılacağıq”. Sentyabr 2015 suriyalı uşaqların cəsədləri Türkiyə sahillərində”- deyə keçmiş futbolçu qeyd edib.

Ötən günTürkiyə Muğla vilayətinin Bodrum rayonu sahillərində 12 suriyalı qaçqının olduğu rezin qayıq batıb. Daha sonra dalğaların sahilə vurduğu ölülər arasında 3 azyaşlı uşaq cəsədi də olub. İctimaiyyət arasında böyük təəssüf hissi ilə qarşılanan hadisədə ölən uşaqların şəkilləri min dəfələrlə müxtəlif ismarışlar yazılaraq sosial şəbəkədə paylaşılıb. Hakan Şükürün baş verənləri prezident Ərdoğanla əlaqələndirməsi sosial şəbəkələrdə etirazla qarşılanıb.

Bir vaxtlar Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarından Türkiyə parlamentinə girərək millət vəkili olan Hakan Şükür daha sonra Fətullah Gülən qrupu ilə hakimiyyət arasında başlayan gərginlikdən sonra AKP-dən istefa vermişdi. Bundan sonra, “Əmrlə gəldik, əmrlə tərk edirik” deyən Şükür hər fürsətdə sosial şəbəkədə Ərdoğanı bə AKP hakimiyyətini tənqid edir. Hakan Şükür son seçkidə müstəqil namizəd kimi iştirak etsə də seçilə bilməmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=31085

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728