İsrail məhv olanadək İran öz hərbi qüdrətini artıracaq

03.09.2015 - 11:11

iranİran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Möhsün Kazameyni İsrail məhv olanadək İranın öz hərbi qüdrətini artıracağını bəyan edib.

250 minlik İran könüllüsünün iştirak etdiyi hərbi təlimdə çıxış edən Kazameyni İran İslam Respublikasının daim İsraillə mübarizə aparacağını bildirib: “İsrail məhv edilənə, Fələstin tam azad olana qədər İslam İnqilabı öz hazırlıq səviyyəsini durmadan artıracaq. Biz təkcə öz ölkəmizi deyil, bütün məzlum xalqları, xüsusilə sionistlərlə mübarizədə ön cəbhədə olan xalqları qorumağa davam edəcəyik”.

O, həm də İsraillə savaşan bütün qüvvələrə kömək etməyə davam edəcəklərini də vurğulayıb. (ANS)

Short URL: http://www.cumhuriyyet.net/?p=31103

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728