Ölkə Prezidentini həbs edəcəklər

03.09.2015 - 12:28

Guatemala's President Otto Perez MolinaQvatemala məhəkəməsi ölkə prezidenti Otto Peres Molinanın həbsinə order verib. Məhkəmə prezidentin ölkəni tərk etməsinə də qadağa qoyub.

Strateq.az BBC-yə istinadən xəbər verir ki, Qvatemalada prezidentlə bağlı korrupsiya qalmaqalı aylardır səngimək bilmirdi. Qalmaqalda ölkənin bir neçə iri ranqlı məmurunun da adı hallandırılır.

Qavatemala Konqresi dünən səsvermə yolu ilə Peres Molinanı toxunulmazlıq hüququndan məhrum etmişdi. Bu prezidentə qarşı məhkəmə iddiası qaldırmağa imkan yaradırdı. Göründüyü kimi, qərardan bir gün sonra prezidentinə həbsinə order verildi.
Ölkə prokurorluğu Molinanın dələduzluğu ucbatından dövlət büdcəsinin milyonlarla dollar itirdiyini bildirir. Bununla yanaşı, Molinanın iş adamlarının gömrük xidmətlərinə görə məmurlara verdiyi rüşvətdən faiz aldığı da iddia olunur.
Hələ ki prezident bütün ittihamları rədd edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=31140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728