Xamneyidən ABŞ-a sərt mesaj: “İran bunu heç vaxt etməyəcək”
“Amerikaınn regiondakı siyasəti Suriya və İraqa tam surətdə yiyələnməkdir. Onlar gözləyirlər ki, İran İslam Respublikası bu çərçivəyə daxil olsun. Amma heç vaxt bu baş verməyəcək”.
Strateq.az İran dövlət Televiziyasına istinadən bildirir ki, bu bəyanatla ali ruhani lider Ayətullah Xamneyi dünən çıxış edib.
Ruhani liderlərlə görüşü zamanı çıxış edən Xamneyi bildirib ki, Amerika və “altılıq” ölkələri ilə nüvə məsələsi ilə bağlı aparılan danışıqlarda məqsəd sanksiyaların götürülməsi idi.
“Əgər biz müzakirələrdə bəzi hallarda güzəştə getdik və bəzi imtiyazlar verdiksə, bu ona görə idi ki, sanksiyalar götürülsün. Əks halda malik olduğumuz on doqquz min sentrifuqanı qısa zamanda əlli-altmış min sentrifuqayadək çatdıra və zənginləşdirməni də iyirmi faizədək davam etdirə bilərdik”,-deyə Xamneyi vurğulayıb.
Xamneyi ABŞ-ın apardığı siyasi kursu “hegemonçuluq” adlandırıb və burada ikili siyasət yürütdüyünü deyib. “Hegemonçuluq sisteminin lüğətində Livan və Fələstində müqavimətin qanuni müdafiəsi terrorizm hesab olunur, lakin regionda müstəbid və Amerikaya yaxın ölkələrin hərəkətləri insan haqlarına zidd sayılmır”
Short URL: http://www.cumhuriyyet.net/?p=31284