Əsgərlər minaya düşdü: Şəhid və yaralılar var (VİDEO)

07.09.2015 - 02:27

rrTürkiyə Hakkari vilayətinin Yüksəkova rayonunda Türkiyə Silahlı Qüvvələri (TSK) əsgərlərinin ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə PKK terrorçularının 2 zirehli hərbi maşın ərazidən keçərkən törətdiyi partlayış nəticəsində meydana gəlib.

Axşam saatlarında baş verən terror hücumu nəticəsində şəhidlərin və yaralıların olduğu bildirilir. İlkin məlumata görə hücumdan sonra yaralanan 6 əsgər yaxınlıqdakı xəstəxanalara çadırılıb.

100 metrlik məsafə ilə yerə basdırılan minalar partlayaraq 2 zirehli maşını parça-parça edib.

Hadisədən sonra terrorçuların tutulması məqsədi ilə bölgədə hərbi təyyarələrində dəstəyi ilə əməliyyatlar başlayıb. Artıq “F4” və “F16” qırıcıları ilə terrorçulara məxsus 10 hədəfin vurduğu bildirilir.

Hakkaridə baş verənlərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücumu pisləyən bəyanatla çıxış edib və dünyasını dəyişən əsgərlərin ailələrinə baş sağlığı mesajını çatdırıb. Ərdoğan bu günə kimi keçirilən əməliyyatlarda 2 mindən çox terrorçunun öldürüldüyünü bəyan edib.

Hazırda terror hücumu ilə əlaqədar baş nazir Əhməd Davudoğlunun başçılığı ilə fövqaladə iclas keçirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=31418

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728