Türkiyədə hərbi qarşıdurmalar: 15 türk əsgəri öldürülüb

07.09.2015 - 11:32

pYaraqlılar çoxlu sayda silah ələ keçiriblər.

Türkiyənin şərqində – Hakkari bölgəsində PKK terror təşkilatının üzvlərinin hücumu nəticəsində ölən və yaralanan əsgərlər var.

Oxu.Az DHA-ya istinadən xəbər verir ki, Dağlıca kəndində terrorçuların yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.

Partlayışdan sonra baş verən atışmada bir neçə PKK yaraqlısı məhv edilib.

Rəsmi orqanlar türk ordusunun həlak olan və yaralanan əsgərlərinin sayını dəqiq bildirmirlər. Kürdistan Fəhlə Partiyasının rəhbərliyi öz növbəsində 15 türk hərbçisinin öldürüldüyünü bəyan edib, bu barədə Reuters agentliyi bildirib. Yaraqlılar çoxlu sayda silah ələ keçiriblər.

Baş verənləri şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, regionda mübarizə daha böyük qətiyyətlə davam etdiriləcək, DPA agentliyi bildirib.

Türkiyənin silahlı qüvvələri Hakkaridə Kürdistan Fəhlə Partiyasının yaraqlılarına qarşı əməliyyat keçirirlər, burada həmçinin hərbi aviasiyadan istifadə edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=31467

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728