Tanınmış azərbaycanlı idmançı: “Bolt bizimlə qalmır, yediyimizdən yemir”

07.09.2015 - 11:43
ramil“Tamaşaçılar Usein Boltu bir ulduz kimi görür, amma mənim üçün yarışdığım digər atletlərdən heç bir fərqi yoxdur. Bu, bütün atletlər üçün belədir. Bolt ulduz bir idmançı ola bilər, amma start xəttində kimsə özündən başqasını görməz”.
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan əsilli atlet Ramil Quliyev dünyaca məşhur yamaykalı sprinter Usein Bolt haqqında danışarkən söyləyib. Pekində təşkil edilən Dünya Atletizm Çempionatında 200 metr finalında Bolt ilə yarışan və 20.11 saniyəlik dərəcəsiylə altıncı yeri tutan Ramil Boltla 3 dəfə yarışdığını deyib.
Ramil Dünya Atletizm Çempionatı tarixinin ən çox medal qazanan idmançısı ünvanına sahib olan Boltun müvəffəqiyyətinin “mübahisəsiz” olduğunu deyib: “Hər il zirvədə olmaq heç də asan deyil ancaq müvəffəqiyyət, yanında peşəkarlığı də gətirir. Bolt yarışlara 8 nəfərlik qrupuyla gəlir. Biz Çin yeməklərini yeməyə çalışırdıq, amma o, öz aşpazının bişirdiyi yeməklərlə bəslənirdi. Nə bizim qaldığımız yerdə qalır, nə də yediyimizdən yeyir. Müvəffəqiyyətin davamında bunların da çox əhəmiyyəti var”, – deyə Ramil əlavə edib.
Türkiyə vətəndaşı olduğu 2011-ci ildə ölkəsi Azərbaycan ilə yaşadığı problemlərdən danışan Ramil sözlərinə belə davam edib: “2012-ci il London Olimpiadasında Türkiyə adına yarışmaq üçün icazə ala bilmədim. Azərbaycan Atletika Federasiyası ilə atama görə  problemim oldu. Onlar mənə heç dəstək olmadılar. Atamı itirmək mənim üçün son nöqtə oldu. Anladım ki orada heç bir şey dəyişməyəcək. Buna görə də Türkiyəyə gəldim. 2012-ci ildəki yarışları qaçırdım, amma 2016-ci ildə mənim ilim olacaq. 2016-ci il Rio Olimpiadasında mənim üçün ən pis ehtimal finalda qaçmaq, ən yaxşısını isə hamımız bilirik””, – deyə atlet vurğulayıb.
Türkiyədə çox xoşbəxt olduğunu, dinc və rahat bir mühitdə məşq etdiyini deyən 25 yaşındakı atlet vəziyyətindən məmnun olduğunu söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31470

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728