ABŞ kəşfiyyatı: “Rus ordusu Suriyadadır”

07.09.2015 - 11:49

rus“Nyu York Tayms” Rusiyanın Suriyaya çoxlu sayda hərbçi göndərdiyini iddia edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ səlahiyyətliləri qəzetə məlumat verib.

Xəbərə görə, Rusiya Suriyadakı hava bazasına yüzlərlə hərbçidən əlavə, müvəqqəti çadırlar və portativ hava nəzarət stansiyası göndərib.   Ötən gün Dövlət Departamentinin rəhbəri Con Kerri ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında bu məsələ müzakirə olunsa da, vəziyyət gərgin olaraq qalır.

Nəşrin iddiasına görə, Rusiya Əsəd rejiminə aktiv dəstəyini gizlətməyə çalışır. Lakin kəşfiyyat məlumatları nəticəsində aydın olur ki, radikal terrorçu qruplaşmalara, xüsusən də İŞİD-ə qarşı mübarizə üçün Moskva Dəməşqə yardımını əsirgəmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=31473

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728