Vahid Ələkbərov “ucuz neftə” də hazırdır

07.09.2015 - 12:54

vahid“LUKOYL”un prezidenti Vahid Ələkbərov bildirib ki, onun şirkəti neftin indiki qiymətlərindən də ucuz qiymətlərlə işləməyə hazırdır.

V.Ələkbərov “Vedomosti” qəzetinə verdiyi müsahibəsində qeyd edib ki, vergilər sistemi şirkətə neftin qiymətinin kəskin ucuzlaşması zamanı özünü əmin hiss etməyə imkan verir: “Bizim üçün kəsmə nöqtəsi bir barel üçün 24 dollardır. Bu bizə analitiklərin bir barel üçün 30 və daha aşağı dəyərləndirmələri zamanı öz sərmayələrimiz üçün proqnoz vermək imkanı yaradır”.

“Biz daima stress-testləri aparırıq. İndi 2016-2018-ci illər üçün orta müddətli proqramı və proqramın on illik üçün bəzi parametrlərini müzakirə edirik. Biz ondan imtina etmirik”, – V. Ələkbərov vurğulayıb.

V.Ələkbərov onu da bildirib ki, şirkət Rusiyada neft hasilatını artırmağı planlaşdırmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=31496

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728