Türkiyə ordusu terrorçuların düşərgələrini bombaladı – Havaya 53 döyüş təyyarəsi qaldırıldı

08.09.2015 - 12:12
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçu PKK-nın 20 hədəfini vurması nəticəsində 40-a yaxın terrorçu məhv edilib.
qirici“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, terrorçuların İraqın şimalındakı Kandil, Hakkurk, Avaşın, Metina, Basyan, Gare və Zap dağlarındakı düşərgələri bombalanıb.
Əməliyyat ötən gecə yerli vaxtla gecə 23.00-dan səhər 05.00-dək davam edib.
Türkiyədən qaçan 20-25 terrorçudan ibarət qrup da atəşə tutulub. Təsbit edilən hədəflər vurularkən, çoxlu sayda terrorçunun zərərsizləşdirildiyi də bildirilib.
Əməliyyatda 53 “F-16” və “F-4” döyüş təyyarələrindən istifadə edilib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=31561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728