Avstraliya da İŞİD-i bombalayacaq – Koalisiyaya qoşuldu

09.09.2015 - 12:55

qiriciAvstraliya İŞİD əleyhinə beynəlxalq koalisiyaya qoşulmaq barədə qərar verib. Bundan sonra İŞİD-in Suriyadakı mövqelərini bu ölkənin də hərbi təyyarələri bombalayacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə ölkənin baş naziri Toni Abbott məlumat verib.

Onun sözlərinə görə, hökumət ABŞ-ın hərbi əməliyyatlara qoşulmaqla bağlı təklifinə müsbət cavab verib.
Avstraliyanın Birləşmiş Ərəb Əmirliyində olan hərbi təyyarələri bu vaxta qədər yalnız İŞİD-in İraq ərazisindəki mövqelərinə hava zərbələri endirmişdi.

Avstraliya hökuməti 12 min suriyalı qaçqını qəbul etməyə və miqrasiya probleminin həlli üçün 40 milyon dollar ayırmağa hazır olduğunu da bəyan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31662

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930