“Lotu Quli”nin taclandırdığı “Pioner” həbs edildi

09.09.2015 - 13:16

lotuTanınmış kriminal avtoritetlərdən biri həbs edilib.

Lent.az xəbər verir ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan və hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Nadir Səlifovun yaxın adamı olan Maksim Novikov saxlanılıb. “Pioner” ləqəbi ilə tanınan Maksim Novikov Penza məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib.

36 yaşlı “qanuni oğru” külli miqdarda narkotik vasitənin qanunsuz saxlanmasında ittiham edilib. O, 3,5 ilini həbsdə keçiriəcək.

Məlumat üçün bildirək ki, “Lotu Quli”nin klanına daxil olan “Pioner” 2014-cü ilin sentyabrında İstanbulda “taclandırılıb”. Onun namizədliyini “Lotu Quli”nin qardaşı, hazırda Türkiyədə yaşadığı bildirilən “qanuni oğru” Namik Səlifov da dəstəkləyib. “Lotu Quli” isə həbsxanadan “Skype” vasitəsilə “sxodkaya” qatılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=31670

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930