«Əl-Qaidə» «ölüm fətvası» verdi – “Qara siyahıda” Bill Geyts də var
«Əl-Qaidə» terror təşkilatı ABŞ-ın tanınmış və zəngin şəxslərindən bir neçəsini «qara siyahıya» salıb və tərəfdarlarını onlara qarşı hücumlara çağırıb.
Çarlz və Devid Kox
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Əl-Qaidə»nin nəzarətində olan «İnspire» jurnalınının dünənki sayında dərc olunan siyahıda «Microsoft»un qurucusu Bill Geyts, həmçinin amerikalı milyarderlər Uorren Baffet, Çarlz və Devid Kox, Nyu-Yorkun keçmiş meri Maykl Blumberqin də adı var.
Maykl Blumberq
Xəbərin dərci ABŞ hüquq-mühafizə orqanlarının narahatlığına səbəb olub. Terrorçular bildiriblər ki, adıçəkilən şəxsləri siyahıdan çıxara bilərlər. Amma bunun üçün şərtləri var. Şərtlərdən biri belədir ki, bu şəxslər ABŞ banklarındakı hesablarından bütün pullarını çıxarıb xarici ölkələrə sərmayə kimi yatırsınlar. İkinci şərt isə siyahıdakı biznesmenlərin İsrailin dəstəklənməsi siyasətinə qarşı çıxmasıdır.
Xəbərdə həmçinin Amerikada yaşayan afrikalılar ayrıseçkilikdən və haqsızlıqdan qurtulmaq üçün «Əl-Qaidə» sıralarına qoşulmağa çağırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=31844