Amerikada yaşayan aktyorumuz dünyasını dəyişdi

11.09.2015 - 10:42

veliyevO, uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Tanınmış aktyor, uzun illərdir Amerikanın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, bu haqda aktyorun yaxın qohumu Samir Qədirov Milli.Az-a xəbər verib:

“Vəliəhd Vəliyev bir neçə saat əvvəl dünyasını dəyişdi. Bu haqda onun ailəsi biz qohumları xəbərdar edib. Aktyor Amerikada dəfn olunacaq. Çünki o hələ sağlığında özü üçün orada qəbiristanlıqda yer götürmüşdü”, – deyə aktyorun qohumu bildirib.

Qeyd edək ki, Vəliəhd Vəliyev 1952-ci ildə Daşkəsəndə anadan olub. 1979-cu ildə Moskvada ÜDKİ-nin aktyorluq fakültəsini bitirib. Aktyor xalq artisti Həmidə Ömərova, aktrisa Sonaxanım Mikayılova və s. ilə tələbə yoldaşı olub.

O, uşalıq illərindən Gəncə Teatrında çalışıb və bir sıra yadda qalan rollar oynayıb. Kinostudiyada bir çox filmdə çəkilsə də, onu tamaşaçılar “Evlənmək istəyirəm”də Əhməd bəy rolu ilə daha çox tanıyırdılar.

Aktyor uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Short URL: http://www.cumhuriyyet.net/?p=31923

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728