Putin yeni pul yaradır – Adı türkcə

11.09.2015 - 11:38

putintRusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyi ölkələri arasında istifadə ediləcək yeni pul vahidi yaradılmasını təklif edib. Bu pulun adı türkcə “Altın” (Qızıl) olacaq.

Avropa.info xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Dumaya göndərdiyi bir qanun layihəsi ilə Avrasiya İqtisadi Birliyində ortaq pul vahidi yaradılmasını təklif edib.

Yeni pul vahidinin adının “Altın” seçilməsi isə müəyyən suallara səbəb olub. Müasir Rusiyanın yerləşdiyi coğrafiyada 15-ci əsrdə monqol-tatarların Qızıl Orda dövləti mövcud olub ki, adı çəkilən dövlət 400 il ərzində “Altın” adlı pul vahidindən istifadə edib. Lakin həmin dövlətin pul vahidi sözün həqiqi mənasında qızıl idi. Rusiyanın və onun Avrasiya İttifaqındakı müttəfiqlərinin pul vahidi kimi qızıldan istifadə edə biləcəkləri ağlabatan görünmür.

Layihə Dumadan keçərsə, avro və dollara rəqib olaraq Avrasiya məkanında yeganə pul vahidi olan bir “Altın” zonası yaratmaq planlaşdırılır.

Avrasiya İqtisadi Birliyi Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı əhatə edir. “Altın”ın 2020-ci ilə qədər dövriyyəyə buraxılması planlaşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=31949

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728