Vətəndaş müharibəsinə başlamaq üçün ölkəyə silah gətirildi – SƏFƏRBƏRLIK

11.09.2015 - 12:08

silahTürkiyə təyyarələri bu gün gecə saatlarında PKK-nın ölkə daxilində və xaricindəki düşərgələrini bombalayıb.

Publika.az xəbər verir ki, Diyarbəkir hərbi bazasından havaya qalxan təyyarələr terror təşkilatına böyük zərbə vurub.

Əməliyyatda çoxlu sayda döyüş təyyarəsinin iştirak etdiyi deyilir.
Diyarbəkirdə polisin saxladığı avtomobildə isə 2 minaatan, 12 tank əleyhinə mina və çoxlu sayda silah-sursat çıxıb. Araşdırmalar nəticəsində, avtomobilin PKK-ya aid olduğu və silahların terror təşkilatının Türkiyə daxilindəki fəaliyyət göstərən qruplaşmalara aparıldığı ortaya çıxarılıb. Məlumata görə, PKK bu silahlarla ölkə daxilində vətəndaş müharibəsinin başlamasına start vermək niyyətində olub. PKK-nın Türkiyədə daxili müharibəyə start vermək üçün silahlanmasının qarşısını tamamilə almaq çətinləşib.
Keçmiş DTK (KQB) agenti Mixail Şikordinin kənar qüvvələrin Türkiyə daxilində vətəndaş müharibəsi başlatmaq istədiyini, hətta bu prosesə start verildiyini deməsi aşkarlanan silahlar fonunda diqqət çəkir.
Bu arada Türkiyədə şəhid yaxınlarına kömək üçün səfərbərlik də elan edilib. Sosial media üzərindən başlanan kampaniyada şəhid olan əsgər və polislərin ailələrinə böyük miqdarda yardım toplanıb. Kampaniya hazırda da davam edir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=31960

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728