Fələstin bayrağı BMT-də qaldırılacaq: İsraildən etiraz – QƏRAR
BMT Baş Assambleyası Fələstin bayrağının BMT binası qarşısında ucaldılmasının lehinə çoxluqla səs verib.
Strateq.az BBC-yə istinadən bildirir ki, İsrail buna ciddi şəkildə etiraz edib və üzv dövlətləri əleyhinə səs verməyə çağırıb. 119 səslə keçən proses İsrail və ABŞ da daxil olmaqla səkkiz üzv dövlətin əleyhinə səsverməsi ilə keçib. Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur deyib ki, bu, Fələstin dövlətinin möhkəmlənməsi üçün “növbəti addımdır”.
Qeyri-üzv müşahidəçi dövlətlərin bayraqlarının BMT binası qarşısında qaldırılmasına çağırışlarından sonra Fələstin kimi, Vatikanın da bayrağı qurum binası qarşısında ucaldılacaq.
Bu qətnamə 20 gün ərzində yerinə yetirilməlidir.
Böyük Britaniya və digər Aİ ölkələri daxil olmaqla 45 ölkə səsvermədə bitərəf qalıb. Fransa, İsveç, İtaliya, İspaniya, İrlandiya və Sloveniya isə lehinə səs verib.
2012-ci ildə BMT Fələstinin statusunu “qeyri-üzv müşahidə dövlət” kimi artıraraq Assambleya iclaslarında iştirak icazəsi verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=32003