Adnan Oktarın mason olduğu rəsmən təsdiqləndi: Canlı yayımda mason diplomu verildi
Türkiyədə bir telekanalda verliş aparan və dünya müsəlmanları tərəfindən birmənalı olaraq qarşılanmayan Adnan Oktar canlı yayımlanan proqramına “Dünya Masonları” təşkilatının üzvlərini dəvət edib.
Avropa.info xəbər verir ki, proqramda Adnan Oktara 33 dərəcəli Mason diplomu verilib. Həmçinin, Suriya diktatoru Bəşər Əsədə “Dünya Masonları” təşkilatının sədri Gian Franco Pilloni və Adnan Oktarın adından imzalanan məktub göndərilib.
Məktubda Əsəddən müharibəni dayandırmaq xahiş edilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=32036