“Wikileaks”dən şok! Səfirliyinin gizli hesabat- ABŞ PKK-çı Demirtaşı necə siyasətçi etdi?

14.09.2015 - 01:38

rrABŞ kəşfiyyatının gizli məlumatlarını dərc edən dünyaca məşhur “Wikileaks” saytı PKK-nın siyasi qolu HDP-nin həmsədri Səlahəddin Demirtaş haqqında sensasion hesabat dərc edib. Demirtaj kürdlərin və digər azlıqların müdafiəçisi olduğunu desə də yayılan hesabatda ABŞ-lı diplomatlar onun kimliyi barədə çox mətləblərə aydınlıq gətiriblər.

ABŞ-IN SİYASƏTÇİ YETİŞDİRMƏ PROQRAMININ ÜZVÜ DEMİRTAŞ

ABŞ-ın Türkiyədəki səfirliyi tərəfindən 14 Oktyabr 2005-ci ildə hazırlanan və Dövlət Departamentin göndərilən gizli hesabatda, o dövrdə İnsan Haqları Dərnəyinin Diyarbəkir şöbəsinin sədri olan Səlahaddin Demirtaş ilə aparılan danışıqlardan yazılır.
Hesabatda Demirtaşın Beynəlxalq Ziyarətçi Liderlik Proqramının keçmiş iştirakçısı olduğu ifadə edilir. Bu proqram ABŞ-ın siyasətçi yetişdirmə proqramı kimi tanınır.

2005-Cİ İLDƏ ABŞ SƏFİRİ İLƏ GÖRÜŞ

Sənəddə qeyd olunur ki, 2005-ci ilədə ABŞ-ın Ankaradakı səfiri ilə görüşən Demirtaş Türkiyə əleyhinə danışıb. 27 sentyabr 2005-ci ildə baş tutan görüşdə Demirtaş Türkiyınin cənub-şərq hissəsindəki xalqın 50 faizinin PKK-nı dəstəklədiyini səfirə deyib. O, həmçinin səfirə yeni bir kürd partiyası quracağını, lakin qurulacaq partiyada olacaq şəxslərin PKK-ya çox yaxın olması səbəbilə üzdə konstruktiv siyasi xətt yeridən siyasətçilərə ehtiyaclarının olduğunu deyib.

ABŞ-IN ƏMƏLİYYATINA XALQIN REAKSİYASI SƏRT OLAR

Hesabatlara daha bir maraqlı dialoq öz əksini tapıb. ART TV-nin Nezahat Dağtəkin ABŞ-lı rəsmilərlə görüşündə “bölgədə heç bir ailə tərəfsiz deyil, hamımızın PKK-nın içində yaxınları var” deyir. Cizrədən olan Şeyx Abdülbaqi Haşimi isə ABŞ-ın ehtimal olunan bir əməliyyatı qarşısında bölgə xalqının sərt reaksiya verəcəyini bildirir.

KÜRD XALQI PKK-NI SEVMİR

Səfirliyin Dövlət Departamentinə göndərdiyi məktubda 30 sentyabr 2003-cü ildə ABŞ-lı İnsan Haqları rəsmilərinin bölgəyə getdiyi bildirilir. Hesabatda xalqın ABŞ-ın regionda mümkün bir əməliyyat keçirməsindən narahat olduqları qeyd olunur.Bölgədə kürd xalqı ilə görüşlərdə onların böyük əksəriyyətinin PKK-ya qarşı olduğu bildirilir.(avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=32059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728