Millimizin üzvü İspaniyada debüt etdi – VİDEO
İspaniya Primerosunda III turun oyunları keçirilib. Cari mövsüm qələbə üzünə həsrət qalan “Malaqa” hələ məğlub olmayan “Eybar”ı qəbul edib.
Qaynar.info xəbər verir ki, qolsuz başa çatan matçda millimizin hücumayilli yarımmüdafiəçisi Eddi İsrafilov da meydana çıxıb. İlk 2 turda zədəsinə görə oynamayan Eddi 66-cı dəqiqədə meydana daxil olmaqla mövsümün debütünü edib. O, argentinalı Qonsalo Eskalanteni əvəzləyib. Ancaq 6 nömrəli futbolçumuz meydana girdikdən 8 dəqiqə sonra sarı vərəqə də almağa “vaxt tapıb”.
Qeyd edək ki, Eddi İsrafilovun atası Anqoladan, anası Azərbaycandandır. O, millimizin Xorvatiya və Malta ilə oyunlarına çağırılsa da, Robert Prosineçki zədəsinə görə onu oynatmağa ehtiyac görməmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=32130