General Qorents: “Rusiyaya qarşı soyuq müharibə metoduna keçirik”
Rusiyanın hava-kosmik qüvvələri texniki baxımdan ABŞ-ın hərbi-hava qüvvələri ilə fərqləri aradan qaldırıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin Avropadakı komandanı, general Frenk Qorents jurnalistlər qarşısında bəyan edib.
“Onlar imkanlar arasındakı fərqləri aradan qaldıra bildilər. Məncə, bunu demək mübahisə doğurmaz”- deyə general bildirib.
F.Qorents deyib ki, ruslar yeni nəsil təyyarələr istehsal edir və olduqca yaxşı müdafiə olunmuş zonalar yaradırlar.
Onun sözlərinə görə, Rusiyanın hava-kosmik qüvvələri miqdarı və keyfiyyəti yüksəldə bilib: “Bütün bunlar şəxsən məndə narahatlıq doğurur”.
General bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri indiki şəraitdə Rusiyanın hava hücumlarından etibarlı müdafiə olunmuş zonalarına zərurət yarandıqda müdaxilə etmək üçün hazırlığı genişləndirməlidir.
“Tamamilə aydındır ki, biz əvvəlki praktikaya qayıtmalıyıq və soyuq müharibə dövründə yerinə yetirdiyimiz tapşırıqlar üzərində işləməyə başlamalıyıq”- deyə general bildirib.
Ancaq o, həmin hazırlıqların nədən ibarət olduğunu açıqlamayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=32265