Saakaşvilini susdurdular – Tənqid qadağası qoyuldu

15.09.2015 - 13:52

saakasviliOdessanın qubernatoru Mixail Saakaşvili Ukrayna baş naziri Arseni Yatsenyukla bağlı tənqidləri dayandırıb. İddialara görə, bunu ondan prezident Pyotr Poroşenko xahiş edib.

Strateq.az xəbər verir ki, yerli mətbuat bu barədə Ukrayna Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Saakaşvili məhz prezidentin xahişi ilə susmalı olub: «Poroşenko ona başa salıb ki, Yatsenyuk formal da olsa hökumətin rəhbəridir və rəhbəri ictimaiyyət arasında tənqid etmək doğru deyil».

Xatırladaq ki, tərəflər arasında gərginlik Saakaşvilinin Ukrayna Nazirlər Kabinetinin oliqarxların təsiri altında olduğunu bəyan edəndən sonra başlayıb.

Yatsenyuk bu iddiaların həqiqəti əks etdirmədiyini, Saakaşvilinin emosional açıqlamalar verdiyini bildirib. Qubernator isə bildirir ki, Yatsenyuk hökumətində korrupsiyaya yol verilir və bu da  dövlətin nəzarətində olan şirkətlərə böyük zərbə vurur.

Short URL: http://www.cumhuriyyet.net/?p=32268

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728