PKK-dan daha bir qanlı hücum: 12 yaralı – Təcili
PKK terror təşkilatı Türkiyənin Muş vilayətinin Suluca kəndində əsgərlərə qarşı bombalı hücum təşkil edib.
Axar.az xəbər verir ki, terrorçular yola yerləşdirdikləri bombanı “Kirpi” adlı hərbi texnika keçən zaman partladıblar. Partlayış nəticəsində 12 əsgər yaralanıb.
Yaralanan əsgərlər Muş Dövlət Xəstəxanasına götürülüb. Hazırda bölgədə terrorçulara qarşı əməliyyatlar aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=32272