Putinin Qərbə yeni təklifi: Əsəd, ya Krım…

16.09.2015 - 10:58

putinPutinin BMT Baş Assambleyasında Qərb ölkələri ilə danışıqları uğurlu alınmasa, Ukraynanın şərqindəki konflikt dondurulacaq.

Axar.az xəbər verir ki, bunu “Exo Moskva” radiosundakı bloqunda rusiyalı jurnalist Yevgeni Kiselyov yazıb. Onun sözlərinə görə, Putin amerikalılara və avropalılara yeni plan təklif edəcək:

“O, Donbasda müharibəni dayandırıb, öz döyüşçülərini oradan çıxarmağı və İŞİD-ə qarşı müharibəyə başlamağı Qərbə təklif edəcək. Bunun qarşılığında isə Krımın tanınması, sanksiyaların Rusiya üzərindən götürülməsini istəyəcək. Əgər danışıqlar uğurlu alınmasa, o sadəcə bügünkü siyasətini davam etdirəcək. Yəni bundan sonra da Ukraynanın şərqində öz təsir rıçaqlarını maksimum qorumağa çalışacaq ki, gələcəkdə Kiyev, Brüssel və Vaşinqton üçün problem yarada bilsin”.

Rusiyalı politoloq Andrey Piontkovski isə Ukrayna mətbuatına müsahibəsində Putinin Krımın qarşılığında İŞİD-lə mübarizəyə başlayacağını bildirib:   “Putin Əsədi xilas etmək istəyir. O bu xilası Kremlin İŞİD-lə mübarizəsində konstruktiv addım kimi Qərbə yeritməyə çalışacaq. Bunun qarşılığında isə Moskva Qərbdən sanksiyaların zəiflədilməsini və səssizcə Krımı tanımasını istəyəcək. Lakin Qərb Putinin bu təklifində maraqlı görünmür. Bu işə səbəb təkcə Ukraynanın satılması məsələsi deyil. Onlar görürlər ki, Putin Qərbə yox, Əsədə yardım təklif edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=32319

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728