Çilidə güclü zəlzələ – Sunami təhlükəsi yaranıb, əhali köçürülür

17.09.2015 - 10:36

ciliSentyabrın 17-nə keçən gecə Çili sahillərində 8,3 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İlyapel şəhərindən 46 km şimal-qərbdə, paytaxt Santyaqodan 228 km şimalda, ocağı isə 8,3 km dərinlikdə yerləşib.

Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi Çili və Peru sahillərində sunami təhlükəsinin olduğunu bildirib.

Bir qədər sonra İlyapel şəhərindən 25 km qərbdə 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Çili hökuməti sunami təhlükəsi ilə əlaqədar sahilyanı ərazilərdən əhalini təxliyyə etmək qərarına gəlib. Paytaxt Santyaqoda minlərlə insan küçələrə axışıb. Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=32419

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728