Hərbi hissədən icazə ala bilməyən zabit öz toyunda iştirak edə bilmədi – VİDEO

21.09.2015 - 14:23
esger2Türkiyədə 25 yaşlı zabit Əhməd Karavelioğlu hərbi hissədən izin ala bilmədiyi üçün öz toyunda iştirak edə bilməyib.
Oxu.Az xəbər verir ki, “Sözcü” nəşrinin bildirdiyinə görə, bəyin olmamasına baxmayaraq gənclərin valideynləri toyu keçirmək qərarına gəliblər.
Belə ki, onlar bu mərasimə uzun müddət hazırlaşmış və bütün qohumları toyun tarixi barədə xəbərdar etmişdilər.
Bəysiz toyda hətta gəlin də rəqs edib, onun gözləri zaman-zaman yaşla dolub, çünki sevdiyi insan bu önəmli gündə yanında deyildi.
Bəyin valideynləri bəyan ediblər ki, onların oğlu Hakkaridədir, öz toyuna gələ bilməyib. Belə ki, kürd qiyamçıları ona evə gələrkən yolda zərər verə bilərdilər.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=32778

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728