Azərbaycanlıların yaşadığı şəhərin girişində ermənicə “xoş gəlmisiniz” yazısı – FOTO

23.09.2015 - 10:04
iqdirTürkiyənin İğdır vilayətində Tuzluca rayonunun girişində türk, kürd, ingilis və erməni dillərində “xoş gəlmisiniz” sözləri yazılıb.
Avropa.info xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Dostluq federasiyasının İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal Tuzluca rayonunun giriş və çıxışında “xoş gəlmisiniz” və “gülə-gülə” yazılarına sərt reaksiya göstərib.
Ünsal Türkiyədə Erməni heyranlığının hər keçən gün artdığını vurğulayaraq təəssüf ki, bu heyranlıq İğdıra, Tuzluca rayonuna qədər gəlib çatdığını söyləyib.
“Bələdiyyə başçısının dörd dildə xoş gəldin yazısının içinə erməni dilini də qatmasını anlaya bilmirik. Hörmətli bələdiyyə başçısı çox yaxşı bilir ki İğdıra erməni turist gəlmir. İndiyə qədər də heç vaxt gəlməmişdir. Gələn turistlərin başında Azərbaycan türkləri və iranlılar var. Ermənilərin yerinə iranlılar üçün farsca yaza bilərdi.”
Onun dediklərinə görə ermənilərin 1915-1920-ci illər arasında Şərqi Anadolu bölgəsində etdikləri soyqırımlardan Tuzluca rayonunun Çatlı, Mollakamer, Güllüce kəndləri də öz nəsibini almışdır.
“Tuzluca rayonu erməni vəhşiliyinin ən şiddətlisini yaşamışdır. Erməni şəbəkələri 1915-1920 illəri arasında Tuzlucadaki müsəlman xalqı, türk, kürd deyə ayırmadan sırf müsəlman olduqları üçün qətl etdi. Tuzluca rayonunda yazılan yazı şəhidlərimizin sümüklərini sızladır.”
Xatırladaq ki, İğdırda  son bələdiyyə seçkilərində PKK-nın siyasi qolu olan HDP-nin namizədi Murat Yikit
qalib gəlmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=32973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930