Ərdoğan: “İki mindən çox PKK-çı öldürülüb”

23.09.2015 - 11:43

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan PKK-ya qarşı hərbi əməliyyatların başladığı 22 iyul 2015-ci il tarixindən indiyə qədər nə qədər terrorçunun öldürüldüyünü açıqlayıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan hərbi təyyarələrin dəqiq koordinatlar əsasında terrorçulara zərbələr endirdiyini bildirib: “Kəşfiyyat orqanlarımız içəridə və Kandil dağı da daxil olmaqla, xaricdə lazımi çalışmalar həyata keçiriblər. Koordinatlar Silahlı Qüvvələrimizin əlindədir. Onlar həmin koordinatlar əsasında vururlar, boşuna dağı-daşı yox. Terrorçuların sursat anbarlarından tutmuş, gizləndikləri yerlərə qədər, koordinatlar əsasında zərbələr endirilir. Təkcə hava əməliyyatları deyil, quruda da əməliyyatlar aparılır”.

R. T. Ərdoğan 1300-ü ölkə daxilində olmaqla, ümumilikdə 2 mindən çox PKK terrorçusunun məhv edildiyini söyləyib.

Rusiyaya səfərinə də toxunan prezident Moskvada yeni inşa olunan məscidin açılışına qatılacağını deyib: “Moskvada 10 min nəfərlik möhtəşəm bir cami inşa edilib. Bu caminin açılışını həyata keçirəcəyik. Hörmətli Mahmud Abbas və Putinlə görüşəcəyik. Putinlə görüşümüzün əsas mövzusu Suriya olacaq. Aldığımız xəbərlər və verilən açıqlamalar xoş deyil. Bunların olması bizi ciddi şəkildə üzüb. Biz Rusiyanın ən çox təbii qaz satdığı ölkəyik, 35 milyard dollarlıq qarşılıqlı ticarət var. “Türk axını” məsələsində Rusiya lazımi addımları hələ atmayıb. Bunların hamısını müzakirə edəcəyik”.Ərdoğan: “İki mindən çox PKK-çı öldürülüb”erdoqan

Short URL: http://www.cumhuriyyet.net/?p=33010

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728