Rusiya İŞİD üçün döyüşçülər hazırlayıb – ŞOK İDDİA
“Rusiya İŞİD terror təşkilatı üçün döyüşçülərin hazırlanmasında iştirak edib”.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.
“İŞİD-in sıralarında vuruşanların xeyli hissəsi İraqın keçmiş lideri Səddam Hüseynin ordusunda xidmət edən hərbi qulluqçulardır. Rusiya onların mentalitetini əla bilir. Rusiya onların əhəmiyyətli hissəsinə təlim keçib”, – Klimkin deyib.
Ukrayna xarici işlər naziri hesab edir ki, Rusiya klassik yanaşmasını sərgiləyir: “Rusiya elə böhranlar yaradır ki, sonradan bu böhranların həlli yalnız Rusiyanın iştirakı ilə mümkün olsun. Mümkündür ki, Suriyada Rusiya ilə birgə işləsinlər. Ancaq bu, Rusiya ilə münasibətlərdə qlobal dəyişikliklərə gətirib çıxarmayacaq”.
Klimkin həmçinin söyləyib ki, Suriya üzrə danışıqlar nəticə verməsə, Moskva Donbas hövzəsində vəziyyəti gərginləşdirə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=33035