“Suriyada üç şəhər inşa edə bilərik” – Davudoğlu

28.09.2015 - 14:11
dTürkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-da türk jurnalistlərə Suriyalı qaçqınlar haqda açıqlamalar verib. 
Avropa.info xəbər verir ki, BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olan  Davudoğlu jurnalistlərlə görüş keçirib. Davudoğlu buradakı açıqlamalarında suriyalı qaçqınların problemlərindən də danışıb.
Davudoğlu suriyalı qaçqınların yerləşdirilməsi məsələsində verilən suala belə cavab verib:
“Biz Avropaya Türkiyədə toplaşma düşərgəsi olmayacağını söylədik. Bizdə ancaq konteyner şəhərciyi qura bil’rik. Amma qalmaq şərtilə Cərablus – Əzzəz arası boşalsa 100 minlik üç şəhər inşa edə bilərik. Biz bunu Van zəlzələsində qurduq. Təklifimiz belədir; xərcini Avropa Birliyi qarşılayacaq, inşasını isə biz edəcəyik. Türkiyədə toplaşma düşərgələri kimi bir şeyi qəbul edə bilmərik. İŞİD və rejim təhdidindən təmizlənilmiş etibarlı bölgə çox mühümdür.”

Short URL: http://www.cumhuriyyet.net/?p=33255

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728