PKK-çılar öz liderini təhqir etdi: “Qorxaq toyuq…”

29.09.2015 - 00:32

rrPKK liderlərindən biri Murat Karayılan artıq terror təşkilatına söz keçirə bilmir. Axar.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu son rabitə danışıqları da sübut edir. “Sabah” qəzetinin əldə etdiyi rabitə danışıqlarında təşkilatın Qəndildəki hərbi qanadı HPG-yə aid “Roj” kod adı ilə Türkiyədəki PKK terrorçularının dialoqları yer alır:

Roj: Şimali və Cənubi Kürdüstandakı hevallar (kürdcə dost, yoldaş), Camalın (Murat Karayılan) sözlərini çatdıracam. Türk ordusunun əməliyyatlarına görə, bir çox yoldaşla əlaqə kəsilib. Camal hərəkətə keçməyinizi istəyir.

Heval: Əməliyyatlardan başımızı qaldıra bilmirik. Olduğumuz yerdən çıxmağa belə imkan yoxdur.

Roj: Heval, kodunu de və bu söhbəti dayandır.

Heval: Həqiqəti eşitmək xoşunuza gəlmədi?

Roj: Heval, sonuncu xəbərdarlığı edirəm, bu söhbəti kəs və kodunu de.

Heval: Camal liderinizə de, qorxmursa, özü gəlib hücuma keçsin. Öz canını xilas etmək üçün bizi ölümə göndərir.

Roj: Heval, kodunu de və bu söhbəti kəs.

Heval: Ez (Mən) Sorej, Ez Dəclə, Ez Berfin, Ez Rohan, Ez Nalin, Ez Bejan, Ez Malzgirt…

(3-5 dəqiqə davam edən alqış və fit səsləri)

Roj: İcazəsiz danışmayın!

Heval: Camal və Qəndildə olanlar, siz qorxaq toyuqsuz. Siz qorxudan qaçıb, bizi ölümə göndərirsiz.

Short URL: http://www.cumhuriyyet.net/?p=33270

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728