BMT tribunasından üçüncü dünya müharibəsi haqda xəbərdarlıq

29.09.2015 - 03:58

rrBelarus prezidenti Aleksandr Lukaşenkonun fikrincə, əgər Ukraynanın şərqindəki – Donbasdakı qan tökülməsinin qarşısı alınmasa, bu üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. Modern.az xarici mediaya istinadən bildirir ki, Lukaşenko bu xəbərdarlığı BMT Baş Assambleyasının sammitindəki çıxışında deyib.

“Ukrayna böhranı… Əgər Avropada qan tökülməsini dayandıra bilməsək, qardaş qırğının qarşısını ala bilməsək, bütün sivilizasiyalı dünya üçün çox qaynar olacaq. Məni bağışlayın, qlobal münaqişəyə doğru daha bir addım atırıq, ola bilsin ki, yeni dünya müharibəsi baş versin” , – Lukaşenko deyib.

Lukaşenko hesab edir ki, dünya BMT-nin Baş Assambleyasının 70-ci sessiyasına son 30 ildə heç vaxt indiki kimi olmayan parçalanmış şəkildə toplaşıb:

“Planeti çoxsaylı hərbi münaqişələr, terror aktları silkələyir. Faciəlidir ki, qlobal təhlükənin artması adekvat cavabını almır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=33303

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728