“İran terrorçuluğun məhvinə hazırdır”

29.09.2015 - 11:40
ruhani2İran prezidenti Həsən Ruhani deyir ki, Tehran Yaxın Şərqdə “terrorçuluğun kökünü kəsməyə” və Suriya və Yəmənə demokratiya gətirilməsinə kömək etməyə hazırdır.
“Biz terrorçuluğun kökünün kəsilməsinə yardım etməyə və demokratiyaya yol açmağa hazırıq,” Rohani sentyabrın 28-də Nyu Yorkda BMT Baş Assambleyasında çıxışında deyib.
“İraqda və Əfqanıstanda demokratiyanın qurulmasına kömək etdiyimiz kimi, Suriya və Yəmənə də demokratiya gətirilməsində köməyə hazırıq,” o, bildirib.
Rohani Yaxın Şərqdə böhrana görə Birləşmiş Ştatların Əfqanıstan və İraqı işğal etməsini, eləcə də İsrailə dəstəyini qınayıb.
“Unutmamalıyıq ki, bugünkü müharibənin, dağıntı və terrorun kökləri dünənin işğalında, hərbi müdaxiləsində axtarılmalıdır,” Ruhani söyləyib (“Azadlıq” radiosu).

Short URL: http://www.cumhuriyyet.net/?p=33333

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728