Məmur oğlunun toy karvanı yolda özbaşınalıq etdi – 9 nəfər cəzalandırıldı

29.09.2015 - 13:32

yolQazaxıstanın Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyu zaman çəkilən görüntülər geniş rezonans doğurub. Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, internetdə yayılan görüntülər toy karvanının yol hərəkət qaydalarını kobud şəkildə pozduğunu və nömrəsiz maşınların paytaxt Astana küçələri ilə arxa-arxaya hərəkətini  və yolun qarşı tərəfinə çıxdığını əks etdirir.

Məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyundan çəkilən görüntülər Astananın mərkəzi Kunayev küçəsi ilə Turan prospekti arasındakı kəsişmədə çəkilib.

Qazaxıstanın siyasi rəhbərliyi də fakta sərt reaksiya verib. Toy karvanındakı 9 nəfər saxlanılıb və onlar inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, sürücülük hüququndan məhrum ediliblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=33371

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728