ABŞ Bəşər Əsəd məsələsində geri çəkilir

30.09.2015 - 11:59

kerriABŞ hökuməti Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən dərhal kənarlaşdırılması tələbindən imtina edib və bu ölkədə hakimiyyətin nizamlı şəkildə təhvil verilməsinə tərəfdar olduğunu bildirib.

Bunu ABŞ dövlət katibi Con Kerri CNN-ə müsahibəsində deyib. O bildirib ki, əvvəl ABŞ B.Əsədin dərhal hakimiyyətdən getməsində israrlı idisə, hazırda onun tədrici və idarəolunan gedişində maraqlıdır.

Dövlət katibinin fikrincə, Əsədin təcili şəkildə iqtidardan uzaqlaşdırılması nəticəsində Suiryada ölkəni və onun vətəndaşlarını sülh şəraitində yaşayışdan tam məhrum edəcək partlayış baş verə bilər: “Biz idarəolunan keçidə nail olmalıyıq ki, qisas alma, intiqam, ölüm qorxusu yaşanmasın”.

C.Kerri hesab edir ki, Suriyada dəyişiklik məqbul bir müddətdə gerçəkləşməlidir. Rusiyanın bu ölkədə hərbi mövcudiyyətinə toxunan ABŞ xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, Moskva Bəşər Əsədə dəstəyini davam etdirməklə çox çətin durumda qala bilər.

Onun sözlərinə görə, Suriya prezidentinə dəstəyin davam etməsi və onun müttəfiqləri İran və “Hizbullah”la əməkdaşlıq bölgənin sünni dövlətləri ilə ciddi problemlərə səbəb ola bilər: “Bu, o deməkdir ki, Moskvanın sünni cihadçıların hədəfi halına gəlməsi mümkündür”.

C.Kerri qeyd edib ki, sünni dövlətlərini bu prosesə cəlb etmədən Suriya məsələsini həll etmək mümkün deyil (APA).

Short URL: http://www.cumhuriyyet.net/?p=33472

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728