Məşhur aktyorun sevgilisi intihar etdi

30.09.2015 - 12:18

cimHollivud aktyoru Cim Kerrinin 28 yaşlı sevgilisi Katriona Uayt aktyor ilə ayrıldıqdan 5 gün sonra həyatına qəsd edib.

Publika.az xəbər verir ki, aktyorun eks-sevgilisi Katrionanın cəsədi Los-Ancelesdə tapılıb. Evinə qonaq gələn dostları onun öldüyünü görüb. Evə çoxlu dərman dağıldığından Katrionanın dərman qəbul edərək intihar etdiyi ehtimal edilir.

Ölməzdən əvvəl isə Uayt “twitter”də son statusunu yazıb: “Son “twitim”i yazıram. Ümid edirəm ki, bütün yaxınlarıma qarşı mehriban olmuşam”.

Qeyd edək ki, 53 yaşlı Cim Kerri ilə 28 yaşlı Katrionanın sevgi münasibətləri 2012-ci ildə başlayıb. Lakin bir neçə aydan sonra cütlük ayrılıb. Bu ilin mayında yenidən görüşməyə başlayan cütlük sentyabrın 24-də yenidən münasibətlərinə son qoyub.

Short URL: http://www.cumhuriyyet.net/?p=33478

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728