Türk ordusu Cerablusu ələ keçirir – İŞİD-in xariclə əlaqəsi tamamilə kəsiləcək

01.10.2015 - 01:15

turkesgeriPYD-nin silahlı qanadı YPG Türkiyə ilə sərhəd Cerablus bölgəsini işğal etməyə hazırlaşır. İŞİD-ə qoşulmaq üçün istifadə olunan yeganə məntəqə kürdlərin əlinə keçərsə, İŞİD-in xariclə əlaqəsi tamamilə kəsiləcək. Axar.az xəbər verir ki, kürdlərin Cerablusu tutması Türkiyənin maraqlarına uyğun gəlmədiyi üçün bölgə Ankara tərəfindən nəzarətə götürülə bilər.

“İndependent” qəzetinin tanınmış yazarı Patrik Kokbörn yazdığı məqalədə bu nüansa toxunaraq suriyalı kürdlərin böyük əraziyə nəzarət etdiyini bildirib: “Kürd liderlər Cerablusdakı son keçid xəttini bu ilin sonuna qədər ələ keçirəcəklərini və beləcə, İŞİD-in dünya ilə əlaqəsini kəsəcəklərini söyləyir. Kobani, Haseki və Tel Abyadda bu il İŞİD-ə qarşı mühüm uğurlar əldə edildi. Bu, keçmişdə İŞİD-ə dəstək verməkdə şübhəli bilinən Türkiyə tərəfindən hiddətlə qarşılandı. Türkiyənin Suriya ilə sərhədi 550 mil (təxminən 900 km) uzunluqdadır. Sərhədində PKK tərəfindən idarə edilən, yaxşı silahlanmış və ABŞ ilə hərbi ittifaqda olan bir rəhbərliyin yaranması təbii ki, Ankaraya lazım deyil. Buna görə də kürdlər İŞİD-i məğlub etsə belə, Türkiyə Cerablusu təslim etməyəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=33536

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930