“Ölümün qoxusu” tapıldı – ARAŞDIRMA

01.10.2015 - 10:49

oluElm dünyası indi də ölü cəsədlərin yaydığı qoxunun sirrini tapıb.

Ölkə.az “PLOS ONE” jurnalına istinadən xəbər verir ki, alimlər ölümdən sonra insan bədəninin ifraz etdiyi yeni bir kimyəvi maddəni kəşf ediblər. Bu maddə xüsusi öyrədilmiş itlərin təlimində istifadə oluna bilər. Hətta bu maddənin köməyi ilə qoxu tapa bilən kompüterlər də istehsal oluna bilər.

Alimlər təcrübəni üzərində ekspertiza aparılmış ölü orqanlarından alınan örnəklərin qapalı qabda buraxdıqları qoxunu daim incələyərək aparıblar. Hər örnək parçasının çürüməsindən sonra analiz edilən hava, dovşan, tısbağa, quş və donuzdan alınmış parçaların verdiyi qoxu ilə tutuşdurulub. Bağırsaqlarında bənzər mikroblar, bənzər saç və vücud yağına görə anatomik olaraq insanlara ən yaxın heyvanın donuz olduğu ortaya çıxıb.

Araşdırmanın nəticəsində isə 452 fərqli orqanik təcrübə tamamlanmış və bunların arasında səkkizi insanlar ilə donuzlar arasında fərqlilik göstərməkdədir.

Ancaq bəzi alimlər hələlik araşdırmanın tam başa çatmadığını hesab edirlər. Bu şübhənin altında yatan səbəblərdən biri isə, bütöv vücud yerinə təcrübədə ayrı-ayrı bədən üzvlərindən alınan örnəklərin araşdırılmasıdır. Yəni orqanlardan alınan örnəklərin saxlandığı qablarda gerçək bədəndə yaranan bakteriyaların yaranmadığı üçün bu da təcrübənin nəticələrinin gözlənildiyi kimi alınmamasına gətirib çıxarır.

Bu problemi aradan qaldırmaq üçün alimlər artıq hərəkətə keçiblər. Analitik kimyaçı Yeva Kupersin sözlərinə görə, araşdırmada bir sonrakı addım “basdırılmış və tamamilə çürüməkdə olan vücudların araşdırılmasına və bu maddə ilə təlim keçmiş itlərin çürüməkdə olan orqanizmlərin qoxusuna xüsusi reaksiya verib-verməyəcəyinə” həsr olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=33583

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728