Ağ Ev:«Rusiya İŞİD-dən başqa hər yeri bombalayır»

02.10.2015 - 11:56

bbAğ Ev Rusiyanı aviazərbələrin hədəflərini düzgün seçməyə və yalnız İŞİD-in mövqelərini bombalamağa çağırıb. 

Strateq.az BBC-yə istinadən xəbər verir ki, bu açıqlama ilə Ağ Evin sözçüsü Coş Ernest çıxış edib. Ernest bildirib ki, iki ölkə arasındakı anlaşmada amerikalı təyyərəçilərin təhlükəsizliyi xüsusi qeyd olunub.

C.Ernest qeyd edib ki, dünən Pentaqonla Rusiya Müdafiə Nazirliyi arasında bir saat davam edən videokonfrans təşkil edilib: «Rusiya təyyarələrinin İŞİD-in olmadığı rayonları bombalaması bizi narahat edir. Bu rayonlarda Əsədə müxalif olan və Qərbin dəstəklədiyi qüvvələr var”.

Ağ Evin sözcüsü bu cür yanaşmanın Rusiyanın özünə zərər verəcəyini bildirib. Onun sözlərinə görə, bu, Suriyada münaqişəni bir az da dərinləşdirə və həllini uzada, həmçinin Rusiyanı tərəf kimi bu münaqişəyə cəlb edə bilər.

Qeyd edək ki, Rusiya tərəfi ABŞ-ın bu iddalarını qəbul etmir və hərbi təəyarələrin İŞİD-in mövqelərini bombaladığını bildirir.

Məsələyə Rusiya prezidenti Vladimir Putin də münasibət bildirib. Putin deyib ki, bu məlumatlar informasiya hücumudur və Rusiya bu hücumlara hazırdır. Onun sözlərinə görə, Rusiya təyyarələri hələ havaya qalxmamış bu cür xəbərlər yayılmağa başlayıb. 

Short URL: http://www.cumhuriyyet.net/?p=33738

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728