“İslam ordusu” Rusiyaya müharibə elan etdi

02.10.2015 - 12:15

isid5Suriyanın “Ceyş əl İslam” qruplaşması (İslam ordusu – red.) Rusiyaya qarşı müharibə elan edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb. Qruplaşma müharibənin elan edilməsinə əsas səbəb kimi Moskvanın Bəşər Əsədi dəstəkləməsini göstərib.

Qeyd edək ki, bu təşkilat Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. “Ceyş əl İslam” İŞİD-lə bərabər, Əsəd əleyhinə də döyüşür. Hazırda bu qruplaşmanın 25 min döyüşçüsü və tankları var. Təşkilat 2013-cü ildən bu yana “Cəbxat əl İslam” (İslam cəbhəsi – red.) koalisiyasının tərkibinə daxildir.

Bundan öncə Səudiyyə Ərəbistanı Rusiyanın Suriyadan çıxmasını tələb etmişdi. ABŞ Dövlət katibi Con Kerri isə Rusiyanın sünni terrorçuların hədəfinə çevrilə biləcəyini demişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=33741

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930